Rusiyada şirniyyatın istehlakı adambaşına ildə 25 kqı ötür


Digərləri 26 May 2019 20:35:00 228 0

Rusiyada şirniyyatın istehlakı adambaşına ildə 25 kqı ötür

2018-ci ildə hər bir Rusiyalı 25,2 kq şirniyyat yeyib.

Son.az facemark.az-a istinadən bildirir ki, bu haqda Rusiyanın şirniyyat istehsalı müəssisələrinin assosiasiyasının (bura, ölkədəki ən böyük şirniyyat istehsalçı şirkətləri daxildir) tədqiqatına, əsasən RBK yazıb. İstehlakın əvəlki rekordu isə 2017-ci ildə qeydə alınıb. Həmin vaxt bir Rusiyalı ildə orta hesabla 24,5 kq şirniyyat məmulatları yeyib.

"Rusiyada şirniyyat məhsullarının istehlakı 2010-cu ildən stabil olaraq ildə 1-3% artır. 2015-ci il istisna olmaqla", - deyə assosiasiyanın icraçı direktoru Vyaçeslav Laşmankin deyib.

Rusiya şirniyyat məhsullarının istehlakı üzrə inkişaf etmiş ölkələrdən geri qalır. Məsələn, Almaniya sakinləri ildə orta hesabla 34 kq, Böyük Britaniyada isə 27 kq-dan çox şirniyyat istehlak edirlər.

"Şirniyyat satışların artmasına ən böyük töhfəni verib", - deyə "Nielsen" Rusiyanın müştərilər ilə iş üzrə direktoru Olqa Daşkeviç deyib. Xüsusilə şokolad bütün qida məhsulları arasındakı promoaksiyalar üzərində satış payı üzrə liderdir. Məsələn, 2018-ci ildə plitka şokolad satışları 13%, pul baxımından isə 8% artıb. İkinci ən böyük satışlar isə şokolad konfetlərinin assortimentində olub. Təbii ifadədə bu göstərici 4% azalıb. Çəki ilə satılan şokolad konfetlərinin satışı isə 7% artıb.