Rusiya milyarderlərinin ən varlı varislərinin reytinq cədvəli


Digərləri 26 May 2019 20:25:00 240 0

Rusiya milyarderlərinin ən varlı varislərinin reytinq cədvəli

Məşhur "Forbes" jurnalı Rusiya milyaderlərinin ən varlı varislərinin retinq cədvəlini açıqlayıb.

Son.az moneta.az-a istinadən bildirir ki, siyahıda ölkənin imkanlı ailələrinin 2-ci nəslinin 48 nümayəndəsi yer alıb.

Ümumilikdə, onların varidatının dəyəri 238 mlrd. ABŞ dolları təşkil edir. Reytinq tərtib edilərkən bəzi milyaderlərin, həmçinin Mixail Fridman və Vladimir Potatninin var-dövlətinin böyük hissəsinin xeyriyyəçiliyə verməklə bağlı planları nəzərə alınmayıb.

Reytinq cədvəlinə "LUKoil" şirkətinin prezidenti, azərbaycan əsilli Vahid Ələkbərovun yeganə oğlu Yusif başçılıq edir. O, "Ekto" şirkəti vasitəsilə "VTP" şirkətinin səhmlərinin 60%-nə sahibdir. Bu şirkət neft nəqli ilə məşğul olur. O, həmçinin "Mercedes-Benz" avtomobillərinin dileri "Lukavto" şirkətinin həmsahibidir. İş adamının həmçinin spirtsiz içkilər istehsal edən "Plan B" şirkəti mövcuddur. Vəsiyyətə əsasən, Yusif Ələkbərov "LUKoil" şirkətini idarə etmək hüququ olmadan səhm paketinin varisi olmalıdır. "Forbes"in hesablamalarına əsasən, onun varidatı 21,8 mlrd. dollar təşkil edir.

İkinci yerdə "Novatek" və "Sibur" şirkətlərinin sahibi Leonid Mixelsonun qızı və oğlu qərarlaşıb. Viktoriya Mixelson haqda məlum olanı budur ki, 2016-cı ildən o "New Museum" şirkətinin Himayəçilik Şurasının üzvüdür, 2018-ci ildən isə "Novatek" şirkətinin podratçısı olan "Nova" tikinti şirkəti ona məxsusdur. Onun kiçik qardaşı haqqında "Forbes"də məlumatlar mövcud deyil. Nəsildə bir övladın varidatının dəyəri 12,2 mlrd. dollar təşkil edir.

Reytinqin 3-cü sırasını "NLMK Group"un sahibi Vladimir Lisinin üç övladı tutub. Onların hər birinə varidatın 7,6 mlrd. dollarlıq hissəsi düşür. Belə ki, onun oğlu Dmitri Lisin UCL nəqliyyat şirkətləri holdinqin Direktorlar Şurasına daxildir, həmçinin "Business FM" və "Radio Chocolate" radiolarının daxil olduğu "Rumedia" media holdinqinə nəzarət edir. Digər oğlu Yuriy Lisinə isə Lüksenburqun kapitalın idarəedilməsi ilə bağlı "RiskInvest Holding" şirkəti məxsusdur. Qızı Anastasiya Lisina isə Moskva Dövlət Universitetində oxuyur.