“AppStore”də ən populyar tətbiq hansıdır?


Digərləri 26 May 2019 20:03:00 208 0

“AppStore”də ən populyar tətbiq hansıdır?

2019-cu ilin birinci rübündə bütün dünya üzrə "AppStore"də ən çox yüklənən tətbiq, qısa videoların əlavə edilməsi üçün nəzərdə tutulan TikTok olub.

Son.az facemark.az-a istinadən bildirir ki, Sensor Tower analitik xidmətinin məlumatına görə, yanvardan marta qədər iOS istifadəçiləri 33 milyon dəfə sosial şəbəkəni öz qurğularına yükləyiblər.

"AppStore"də TikTok-dan sonra populyar tətbiqlər isə YouTube videohostinqi və "Instagram" sosial şəbəkəsi olub. İstifadəçiləri tətbiqi 30 milyon dəfə yükləyiblər.

Ancaq "Google Play"də isə yüklənmənin miqdarına görə, üçüncü Çin əlavəsi olub və o 150 milyon dəfə yüklənilib. "Google Play" üzrə "WhatsApp" və "Facebook" sosial şəbəkləri 2019-cu ilin birinci rübündə müvafiq olaraq 199 və 180 milyon yüklənmə əldə edib. Beləliklə, adıçəkilən sosial şəbəklər göstəricilər üzrə TikTok-u ötüblər.

Daha əvvəl "Sensor Tower" yazırdı ki, TikTok-a yeni auditoriyanın əldə olunması üçün 1-cü rüb əla fürsət olub. Tətbiq toplam olaraq 180 milyon dəfə yüklənilib. 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə bütün dünya üzrə tətbiqin yüklənməsinin həcmi 70% artıb. TikTok-un istifadəçilər üzərindən əldə etdiyi gəlir isə 18,9 milyon dollar olub. Bu isə 2018-ci illə müqayisədə 3,2 dəfə çoxdur.