Mələklər nə zaman və nədən yaradilmişlar?


Digərləri 26 May 2019 19:55:00 272 0

Mələklər nə zaman və nədən yaradilmişlar?

Mələklər nurdan yaradılmışlar. Lakin Peyğəmbər - sallallahu aleyhi və səlləm - bu nurun hansı nur olduğunu, keyfiyyətini bizlərə açıqlamamışdır. Son.az islamevi.az-a istinadən bildirir ki, buna görə də bizlərdə bu barədə müzakirələrə baş vurmamalıyıq. Aişə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: "Allah mələkləri nurdan, cinləri tüstüsüz oddan, Adəmi isə sizə deyildiyi şeydən (yaratdı)" ( Müslim 2996.)

"Möhtərəm qullardır. Onlar Allahdan qabaq söz danışmazlar və yalnız onun əmri ilə iş görərlər". (əl-Ənbiya 26-27). "Onlar Allaha ibadət etməkdə təkəbbürlük göstərməz və bunda yorulmazlar. Onlar gecə-gündüz yorulmaq bilmədən Rəbbini təqdis edib şəninə təriflər deyirlər". (əl-Ənbiya 19-20). Mələklərin nə vaxt yaradıldıqları barədə məlumat yoxdur. Lakin onların insandan qabaq yaradılmış olduqları bilinməkdədir. Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə yaradacağam" dedikdə, mələklər: "Biz sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və səni müqəddəs tutduğumuz halda sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?" söylədilər. Allah (onlara): "Mən bildiyim şeyi siz bilmirsiniz!". (əl-Bəqərə 30).