Roman Abramoviç Bakıya gəlir


Digərləri 26 May 2019 19:25:00 239 0

Roman Abramoviç Bakıya gəlir

"Çelsi" klubunun sahibi milyarder Roman Abramoviç Avropa Liqasının finalını izləmək üçün  gələn həftə Bakıya səfər edəcək.

Son.az fed.az-a istinadən bildirir ki, bu barədə "The Sun" yazır.

Nəşr bildirir ki, R.Abramoviç Britaniya vizası ilə bağlı problemlərə görə uzun müddətdir ki, klubun oyunlarında iştirak edə bilmir.

Eləcə də bax: Dəmir Yolları final oyunu günü necə işləyəcəyini açıqladı - TƏDBİRLƏR PLANI

Ancaq milyarder artıq İsrail vətəndaşlığını qəbul edib və Azərbaycanda "Arsenal"a qarşı final matçını seyr edəcəyinə ümid edir.

"The Sun" nəşrinin yazdığına görə, onun matçda  iştirakı həm də ona görə vacibdir ki, Bakı finalı Eden Azarın "zadəganlar"ın heyətində son matçı ola bilər. Eden Azarın 90 milyon dollara "Real"a keçəcəyi gözlənilir.