Nəfsimizi kontrol etməyi Həzrət Yusif kimi istəyək


Digərləri 26 May 2019 19:15:00 419 0

Nəfsimizi kontrol etməyi Həzrət Yusif kimi istəyək

Quran bizə bir çox dastanları ilə ibrət dərsi vermişdir. Bu dastanlardan biri də Yusif peyğəmbərin (ə) dastanıdır ki, Həzrət Yusif (ə) şəhvət və nəfsinə qalib gəlmək üçün Allahdan yardım istəyir. Bu dastan, Quranın ən gözəl dastanı kimi məşhur olmuşdur.

Quran buyurur ki, Yusif (ə) öz nəfsinə qalib gəlməkdə siddiq məqamına çatmışdı. Yəni, o həm zahirdə və həm də batində həqiqi mömin idi.

Nə zaman Züleyxa ona fitnə qurur, o, Allaha xitab edərək buyurur: "(Yusuf) dedi: "Ey Rəbbim, mənim üçün zindan bunların məni dəvət etdiklərindən daha xoşdur və əgər bu qadınların məkr və hiyləsini məndən dəf etməsən, onlara meyil edər və nadanlardan olaram"". ("Yusif" 33).

Həzrət Yusifin (ə) Allahdan yardım istəməsi səbəb oldu ki, şəhvətinə məğlub olmaq yerinə, xilas oldu. Düzdür ki, onun xilası zindan imtahanı ilə oldu. O, zindanı Misirin vəziri olmaqdan üstün tutur. Çünki zindan ona iffətli və pak halda ibadət etmək və Allaha bəndə olmaq üçün imkanlar vermişdi. Hər nə qədər çətin və əziyyətli olsa da, nəfsinə qalib gəldiyi üçün Həzrət Yusif (ə) çox xoşbəxt idi.

Son.az deyerler.org-a istinadən bildirir ki, İslam Peyğəmbəri (s) bu haqda buyurur: "Qiyamət günü kölgə olmayacaqdır ki, bəndələrin üzərində olsun, məgər Allahın rəhmət kölgəsindən başqa.

(Qiyamət) günü bir cavanı görəcəyəm ki, hər bir əziyyətdən uzaqda Allah Təalanın rəhmət kölgəsi altında olacaqdır. O halda ki, nə peyğəmbərdir, nə İmam. Nə peyğəmbər övladıdır, nə də İmam övladı.