Böyrək daşları: Bu vitamini çox qəbul edəndə...


Digərləri 26 May 2019 19:05:00 240 0

Böyrək daşları: Bu vitamini çox qəbul edəndə...

Mədə-bağırsaq pozulmaları, bəzi dərmanların qəbulu, köklük, çoxlu ət istifadəsi böyrək daşlarının yaranmasına səbəb olur.

Bu barədə uroloq-androloq, uzman həkim Ülviyyə Əliyevanın açıqladığı məlumatda bildirilib.

Son.az e-tibb.az-a istinadən bildirir ki, böyrək daşlarının tipləri barədə yazan mütəxəssis qeyd edib ki, kalsium-oksalat və kalsium-fosfat daşları bütünlükdə böyrək daşlarının 75%-ni təşkil edir.

Qidalardan alınan kalsiumun bədənin ehtiyacı olan hissəsi bağırsaqlarla sorulur, lazım olmayan hissəsi isə böyrəklərlə atılır. Bəzi insanlarda kalsiumun böyrəklərlə atılması artır və kalsium-oksalat daşları əmələ gəlir.

Məlumata görə, bəzi şəxslərdə böyrək daşları qəbul edilən dərman preparatları ilə bağlı yaranır. Hətta yüksək miqdarda C vitamininin qəbulu da daşların əmələ gəlməsinə səbəb olur.

Uroloqun sözlərinə görə, qalxanabənzər vəzin hiperfunksiyası zamanı da daşlar əmələ gəlir.

Sidikdə kalsium və oksalatın birləşərək kristal yaratmasının qarşısını alan sitrat maddəsinin azalması da daşın yaranma səbəbidir.