Oklahomada 2 nəfər tornado qurbanı olub


Dünya 26 May 2019 18:44:00 231 0

Oklahomada 2 nəfər tornado qurbanı olub

ABŞ-ın Oklahoma ştatında tornado 2 nəfərin həyatına son qoyub.

Son.az Trend-ə istinadən bildirir ki, El Reno şəhərində hadisə nəticəsində mehmanxana eləcədə yaxınlığda yerləşən yaşayış binalarına ziyan dəyib.

Hazırda yerli hakimiyyət orqanları itkin düşmüş şəxslərin sayını dəqiqləşdirir. Axtarış və xilasetmə əməliyyatları davam edir.

Şəhərin bələdiyyə başçısı Met Bey, hadisə bölgəsindən sakinləri uzaqlaşmağa çağırıb.