Gimnastlarımız Avropa Çempionatının aero dans proqramında qızıl medal qazanıblar (FOTO)


Digərləri 26 May 2019 18:19:19 231 0

Gimnastlarımız Avropa Çempionatının aero dans proqramında qızıl medal qazanıblar (FOTO)

Azərbaycan komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında aero dans proqramında qızıl medal qazanıblar.

Bakı. Cani Babayeva - Azərbaycan komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında aero dans proqramında qızıl medal qazanıblar. Trend-in məlumatına görə, gimnastlarımız 17,800 bal toplayıblar. Azərbaycan komandasının tərkibi: Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva. İkinci yerə Rusiya komandası çıxıb (17,750 bal), üçüncü isə rumıniyalı idmançılar olub (17,400 bal). Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.