Bakıda aerobika gimnastikası üzrə AÇ-nın fərdi qadın və kişi, qarışıq cütlüklər proqramlarının qalibləri mükafatlandırılıb (FOTO)


Digərləri 26 May 2019 17:47:00 214 0

Bakıda aerobika gimnastikası üzrə AÇ-nın fərdi qadın və kişi, qarışıq cütlüklər proqramlarının qalibləri mükafatlandırılıb (FOTO)

Bu gün Milli Gimnastika arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında fərdiq qadın və kişi, qarışıq cütlüklər və aero step proqramları çərçivəsində qalib və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.

Bakı. Bu gün Milli Gimnastika arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında fərdiq qadın və kişi, qarışıq cütlüklər və aero step proqramları çərçivəsində qalib və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib. Trend-in məlumatına görə, aero step proqramında birinci yerə Rusiya komandası çıxıb, ikinci yerdə Ukrayna gimnastları qərarlaşıb. Qalibləri Azərbaycan Gimnastika Federasiyasının menecerləri Fərid Məmmədzadə və Bikə Abdullayeva mükafatlandırılblar. Fərdi qadın proqramında qızıl medalı Rusiya idmançısı Yekaterina Pıxtova qazanıb, gümüş və bürünc isə müvafiq olaraq Tatyana Konakova (Rusiya) və Darina Paşovanın (Bolqarıstan) olub. Mukafatları Avropa Gimnastika İttifaqının (UEG) idman koordinatoru Linda Davila, UEG-in aerobika gimnastikası üzrə Texniki Komitəsinin üzvü Andrea Sinko və Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev təqdim ediblər. Fərdi kişi proqramıda qalib Roman Semyonov (Rusiya) olub. İkinci yerə rusiyalı idmançı Timur Kulayev çıxıb, üçüncü isə bolqarıstanlı gimnast Antonio Papazov olub.