Macarıstan cütlüyü Bakıda aerobika gimnastikası üzrə AÇ-da qızıl medal qazanıblar


Digərləri 26 May 2019 17:07:48 241 0

Macarıstan cütlüyü Bakıda aerobika gimnastikası üzrə AÇ-da qızıl medal qazanıblar

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə keçirilə 11-ci Avropa çempionatında böyüklər arasında qarışıq cütlüklər proqramında çıxış edənlər arasında qaliblər müəyyənləşib.

Bakı. Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə keçirilə 11-ci Avropa çempionatında böyüklər arasında qarışıq cütlüklər proqramında çıxış edənlər arasında qaliblər müəyyənləşib. Trend-in məlumatına görə, birinci yerə Macarıstan cütlüyü (22,300 bal), ikinci yerə Türkiyə idmançılar (21,900 bal), üçüncü yerə isə Rumıniya gimnastları (21,750 bal) çıxıblar. Bu gün Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final yarışmaları keçirilir. Günün ilk yarısında gənclər arasında qaliblər müəyyən edilib. Böyük gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step proqramında çıxış edirlər. Böyüklər arasında Azərbaycan komandası aero dans proqramında qrup şəklində çıxış edəcək.