Gürcüstanda nazir istefaya göndərildi


Dünya 26 May 2019 16:23:00 240 0

Gürcüstanda nazir istefaya göndərildi

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) təhsil, mədəniyyət və idman naziri İnqa Şamilişvili istefaya göndərilib.

Son.az Modern.az-a istinadən xəbər verir ki, buna Rusiya bayraqları səbəb olub.

Belə ki, Batumidə beynəlxalq folklor festivalı çərçivəsində bu gün şəhərin mərkəzində keçirilən yürüşdə Rusiyanın Rostov şəhərini təmsil edən iştirakçılar əllərində Rusiya bayraqlarını tutublar.

Festival təşkilatçıları bildiriblər ki, iştirakçılar Rusiyanı təmsil etməyiblər və onlar etnik ruslar olublar.