İran parlamentinin yeni sədri seçildi


Dünya 26 May 2019 16:16:00 170 0

İran parlamentinin yeni sədri seçildi

Əli Laricani İran parlamentinin sədri seçilib.

Son.az xəbər verir ki, bu barədə Trend İranın Xəbər televiziyasına (IRINN) istinadən məlumat verib.

İran parlament sədrinin müəyyənləşməsi üçün keçirilən seçkilərdə Əli Laricani 155 səs toplayıb. Məhəmməd Rza Arif 105, Məhəmməd Cavad Əbtəhi isə 9 səs toplayıb.

Ümumilikdə səsvermədə 274 deputat iştirak edib.

İran parlamentində hər il parlament sədrinin müəyyənləşməsi üçün seçkilər keçirilir.