Rusiyali gimnast Bakıda AÇ-nın fərdi proqramında qızıl medal qazanıb


Digərləri 26 May 2019 16:11:00 209 0

Rusiyali gimnast Bakıda AÇ-nın fərdi proqramında qızıl medal qazanıb

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında fərdi kişi proqramında qaliblər müəyyənləşib.

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında fərdi kişi proqramında qaliblər müəyyənləşib. Trend-in məlumatına görə, qızıl medalı rusiyalı gimnast Roman Semyonov qazanıb (22,150 bal), ikinci və üçüncü yerləri müvafiq olaraq aralarında Timur Kulayev (Rusiya, 21,650 bal) və Antonio Papazov (Bolqarıstan, 21,300) bal bölüşdürüblər. Bu gün Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final yarışmaları keçirilir. Günün ilk yarısında gənclər arasında qaliblər müəyyən edilib. Böyük gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step proqramında çıxış edirlər. Böyüklər arasında Azərbaycan komandası aero dans proqramında qrup şəklində çıxış edəcək.