Rusiyalı gimnastlar Bakıda Avropa çempionatında aero step proqramında birinci yerə yüksəliblər


Digərləri 26 May 2019 15:04:00 176 0

Rusiyalı gimnastlar Bakıda Avropa çempionatında aero step proqramında birinci yerə yüksəliblər

Rusiya komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatınad aero step proqramında ən yaxşı nəticəni göstərib.

Bakı. Cani Babayeva - Rusiya komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatınad aero step proqramında ən yaxşı nəticəni göstərib. Trend-in məlumatına görə, rusiyalı gimnastlar 17,700 bal toplayıblar. İkinci yerə Ukrayna təmsilçiləri çıxıb (16,400 bal). Qeyd edək ki, bu proqramda yalnız iki komdanda təmsil olunub. Qeyd edək ki, mayın 26-da Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürüb. Final mərhələsində böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar.