Meksikada ailə şənliyi iştirakçılarına hücum: 5 ölü, 3 yaralı


Digərləri 26 May 2019 15:08:12 197 0

Meksikada ailə şənliyi iştirakçılarına hücum: 5 ölü, 3 yaralı

Şənbə günü bir neçə silahlı şəxs Mexiko ştatının Coakalko rayonunda ailə şənliyinin iştirakçılarına atəş açıblar.

Bakı. Şənbə günü bir neçə silahlı şəxs Mexiko ştatının Coakalko rayonunda ailə şənliyinin iştirakçılarına atəş açıblar. Trend-in məlumatına görə, hücum qurbanlarının sayı beş, yaralanlıların sayı isə üç nəfər olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti hal hazırda ağır olaraq qiymətləndirilir. Cinayətkarlar hadisə yerindən uzaqlaşıblar, onları yaxalamaq cəhdləri uğursuz olub.