Anton Kolobov: Qızıl medal qazanmağıma görə çox xoşbəxtəm


Digərləri 26 May 2019 14:31:58 202 0

Anton Kolobov: Qızıl medal qazanmağıma görə çox xoşbəxtəm

Aerobika gimnastikası üzrə Bakı keçirilən Avropa çempionatının qızıl medalını qazanmağıma görə çox xoşbəxt və sevincliyəm.

Bakı. Cani Babayeva - Aerobika gimnastikası üzrə Bakı keçirilən Avropa çempionatının qızıl medalını qazanmağıma görə çox xoşbəxt və sevincliyəm. Bunu Trend-ə aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında gənc gimnastlar arasında fərdi kişi proqramında birinci yerə yüksələn rusiyalı gimnast Anton Kolobov deyib. Gimnast bildirib: "Həm fiziki, həm mənəvi cəhətdən çətin idi, ancaq mən bacardım. Yarışlar çox gözəl ab-havada keçir, hər şey müsbət enerji ilə doludur. Azarkeşlərin dəstəyi çox kömək oldu, hər tərəfdən alqış səsi gəlir". İdmançı deyib ki, səfər çərçivəsində Bakıda gəzintiyə də vaxt tapıb: "İçərişəhər yaxınlığında oldum, dəniz kənarında gəzdim. Bakı çox xoşuma gəldi". Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi yarışları davam edir.