Aerobika gimnastikası üzrə Avropa çempionatının gənclər arasında üçlük, qrup və aero dans proqramlarında mükafatlandırma mərasimi keçirilib (FOTO)


Digərləri 26 May 2019 14:11:34 182 0

Aerobika gimnastikası üzrə Avropa çempionatının gənclər arasında üçlük, qrup və aero dans proqramlarında mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakıda Milli Gimnastika arenasında aerobika gimnastika üzrə 11-ci Avropa çempionatının gənclər arasında üçlük, qrup və aero dans proqramlarında mükafatlandırma mərasimi keçirilib.

Bakı. Cani Babayeva – Bakıda Milli Gimnastika arenasında aerobika gimnastika üzrə 11-ci Avropa çempionatının gənclər arasında üçlük, qrup və aero dans proqramlarında mükafatlandırma mərasimi keçirilib. Üçlük proqramında birinci yerin sahibi Rusiya gimnastları (ikinci komanda), ikinci yer – rumıniyalı üçlük, üçüncü yer – Rusiya təmsilçiləri (birinci komanda). Mükafatları Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qaibov, aerobika gimanstikası üzrə Texniki Komitənin üzvü Vladislav Oskner və aerobika gimnastikası üzrə Azərbaycan yığmasının məşqçisi Cəmilə İsmailova təqdim ediblər. Qruplar arasında birinci yerə rusiyalı gimanstlar yüksəlib. İkinci və üçüncü yerlərin sahibləri müvafiq olaraq İtaliya və Macarıstan idmançılar olub. Qalibləri UEG-in İcra Komitəsinin üzvü Andrey Rodionenko, UEG-in aerobika gimnastikası üzrə Texniki Komitəsinin üzvü Lefki Ferentino və Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Rafiq Behbudov mükafatlandırıblar. Aero dans proqramında birinci yerə Rusiya gimasntları, ikinci yerə Rumıniya gimnastları, üçüncü yerə isə Macarıstan təmsilçiləri çıxıb.