Peruda dəhşətli zəlzələ


Dünya 26 May 2019 13:54:00 220 0

Peruda dəhşətli zəlzələ

Perunun şimalında bazar günü 8,0 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri Lagunas şəhərindən 85 km cənub-şərqdə, ocağı isə 105 km dərinlikdə yerləşib.

Hazırda yaralanan və ya dağıntılar haqda heç bir məlumat yoxdur.

Qeyd edək ki, daha öncə ABŞ seysmoloqları zəlzələnin gücünün 7,5 bal olduğunu bildiriblər.