Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi yarışları davam edir (FOTO)


Digərləri 26 May 2019 13:47:43 193 0

Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi yarışları davam edir (FOTO)

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi yarışları davam edir.

Bakı. Cani Babayeva – Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi yarışları davam edir. Final mərhələsində böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Ölkəmizi final mərhələsində aero-dans proqramında gənc gimnastlar komandası təmsil edəcək, böyük gimnastlar isə aero-dans proqramı və qruplar tərkibində çıxış edəcəklər. Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.