Türkiyədən Suriya ilə bağlı gözlənilməz addım


Dünya 26 May 2019 12:58:00 183 0

Türkiyədən Suriya ilə bağlı gözlənilməz addım

Türkiyə Suriyadakı müxalif qüvvələrə çoxlu sayda silah verib.

Son.az Oxu.az-a istinadən bildirir ki, məqsəd Rusiya tərəfindən dəstəklənən hökumət qüvvələrinin hücumunu dayandırmaqdır.

Müxalifət nümayəndələri deyiblər ki, Ankara bu addımı Rusiyanı Suriya ordusunun İdlibdə əməliyyat keçirmək planını təxirə salmağa inandıra bilməməsindən sonra atıb. Səbəb kimi Əsəd ordusunun irəliləməsinin Türkiyəyə qanunsuz miqrant axınına gətirib çıxardığı göstərilir.

Şahidlərin sözlərinə görə, Türkiyənin hərbi karvanı gecə silahlıların nəzarət etdiyi Cabal əl-Zaviya yaxınlığında yerləşən bazaya gəlib.