Aerobika gimnastikası üzrə Avropa Çempionatında gənclər arasında qarışıq cütlük proqramının qalibləri müəyyənləşib


Digərləri 26 May 2019 11:42:26 193 0

Aerobika gimnastikası üzrə Avropa Çempionatında gənclər arasında qarışıq cütlük proqramının qalibləri müəyyənləşib

Bu gün Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının gənclər arasında qarışıq cütlük proqramında qaliblər müəyyənləşib.

Bakı. Bu gün Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının gənclər arasında qarışıq cütlük proqramında qaliblər müəyyənləşib. Trend-in məlumatına görə, birinci yerə İtaliyanın qarışıq cütlüyü yüksəlib (Andrea Kolnaqo və Eliza Marras, 20,050 bal), ikinci yer - Rusiya təmsilçiləri (Damir Manafov və Kseniya Stefu, 20,050 bal), üçüncü yer - Rumıniya cütlüyü (Darius Avqustin Branda və Andrea-Selena Sotanqa, 19,900 bal). Qeyd edək ki, mayın 26-da Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürüb. Final mərhələsində böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Ölkəmizi final mərhələsində aero-dans proqramında gənc gimnastlar komandası təmsil edəcək, böyük gimnastlar isə aero-dans proqramı və qruplar tərkibində çıxış edəcəklər.