Rusiyalı gimnast Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında gənclər arasında fərdi proqramda qızıl medal qazanıb


Digərləri 26 May 2019 10:49:21 214 0

Rusiyalı gimnast Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında gənclər arasında fərdi proqramda qızıl medal qazanıb

Rusiyalı gimnast Anastasiya Dmitriyeva Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında 20,700 bal nəticəsi ilə gənclər arasında fərdi qadın proqramında qızıl medal qazanıb.

Bakı. Rusiyalı gimnast Anastasiya Dmitriyeva Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında 20,700 bal nəticəsi ilə gənclər arasında fərdi qadın proqramında qızıl medal qazanıb. Trend-in məlumatına görə, ikinci yerin sahibi Rusiya təmsilçisi Darya Tixonova olub (20,550 bal), üçüncü pillədə isə ukraynalı gimnast Anastasiya Kuraşvili qərarlaşıb (20,550 bal) Qeyd edək ki, mayın 26-da Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürüb. Final mərhələsində böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Ölkəmizi final mərhələsində aero-dans proqramında gənc gimnastlar komandası təmsil edəcək, böyük gimnastlar isə aero-dans proqramı və qruplar tərkibində çıxış edəcəklər.