Nəsimi rayonunda mənzildə 60 yaşlı kişinin meyiti tapıldı


Digərləri 26 May 2019 10:28:00 220 0

Nəsimi rayonunda mənzildə 60 yaşlı kişinin meyiti tapıldı

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Son.az-a verilən məlumata əsasən, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Sklanoçkin Aleksey Yevgenyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.