"Sarı jiletlər" əl çəkmir


Dünya 26 May 2019 09:49:00 277 0

"Sarı jiletlər" əl çəkmir

Fransada "sarı jiletlər"in etiraz aksiyasında 12,5 min insan iştirak edib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkənin paytaxtı Parisdə aksiyalara 2,1 min insan qoşulub.

Parislə yanaşı etiraz aksiyaları Amyen, Kan, Belfor, Tuluz və bir sıra digər şəhərlərdə keçirilib. Lion şəhərində aksiyalarda 3 min insan iştirak edib.

Bildirilir ki, ötən həftə keçirilən etiraz aksiyalarında ölkə üzrə 15,5 min insan iştirak edib. Paytaxta etiraz aksiyalarına 1,6 min insan qoşulmuşdu.