21 ölkədə Avropa Parlamentinə seçkilər keçiriləcək


Dünya 26 May 2019 09:29:00 251 0

21 ölkədə Avropa Parlamentinə seçkilər keçiriləcək

Bu gün Avropa İttifaqında (Aİ) Avropa Parlamentinə seçkilərdə səsvermənin əsas mərhələsi keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, Avropa İttifaqına daxil olan 7 ölkənin (Niderland, Böyük Britaniya, İrlandiya, Çexiya, Slovakiya, Latviya və Malta) vətəndaşları 23-25 may tarixlərində artıq səs veriblər.

Bu gün səsvermə digər 21 ölkədə keçiriləcək. Səsvermənin nəticələri mayın 26-sı axşam saatlarında elan ediləcək.

Avropa Parlamentinə növbəti müddət üçün (2019-2024) 751 deputat seçiləcək. Hər ölkədən deputatların sayı əhalinin sayına görə təyin edilib. Ən çox deputat mandatı Almaniyada - 96, ən az isə Kipr, Malta və Lüksemburqdadır - 6.