Fransada "sarı jiletlər"in aksiyasında 12,5 min insan iştirak edib


Digərləri 26 May 2019 05:39:00 173 0

Fransada "sarı jiletlər"in aksiyasında 12,5 min insan iştirak edib

Fransada "sarı jiletlər"in etiraz aksiyasında 12,5 min insan iştirak edib

Bakı. Fransada "sarı jiletlər"in etiraz aksiyasında 12,5 min insan iştirak edib. Trend-in "France Info"ya istinadən verdiyi məlumata görə, ölkənin paytaxtı Parisdə aksiyalara 2,1 min insan qoşulub. Parislə yanaşı etiraz aksiyaları Amyen, Kan, Belfor, Tuluz və bir sıra digər şəhərlərdə keçirilib. Lion şəhərində aksiyalarda 3 min insan iştirak edib. Bildirilir ki, ötən həftə keçirilən etiraz aksiyalarında ölkə üzrə 15,5 min insan iştirak edib. Paytaxta etiraz aksiyalarına 1,6 min insan qoşulmuşdu.