Bu qidalar stresi aradan qaldırır –


Digərləri 25 May 2019 23:45:00 211 0

Bu qidalar stresi aradan qaldırır –

"Stress hәyatın istәr-istәmәz bir parçasıdır. Ramazan ayında aclıq hissi ilә bәrabәr stressli hallar daha da arta bilәr. Orqanizm streslә mübarizә aparmaq üçün kortizol hormonu ifraz edir, ancaq daima bu hormonun yüksәk olması insanda yemәk istәyini artırır, qadınlar isә әsasәn karbohidrat qidalara vә şirniyyatlara meylli olduqları üçün bu, çәkinin artmağına vә başqa problemlәrә yol açır. Bu sәbәbdən Ramazan ayında qidalanmamıza diqqәt etmәliyik".

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu uzman həkim, nevroloq Nərgiz Ağayeva bildirib. Mütəxəssis deyib ki, enerji verәn, stressi azaldan qidalar istifadә etmәklә orqanizmә dәstәk ola bilәrik.

Bəs həmin qidalar hansılardır?

1. Qulançar - әtri spesifik olsa da, fol turşusu ilә çox zәngin olduğu üçün rahatladıcı bitkidir.

2. Avokado - çox güclü vә faydalı olan glutation antioksidantı ilә zәngindir. Eyni zamanda orqanizmi lutein antioksidantı ilә tәmin edir. Beta karotin ilә zәngin olduğu üçün qaraciyәrdә yığılaraq ehtiyac olduqda A vitamininә çevrilә bilir. B qrupu vitaminlәri, vitamin E, fol turşusu ilә çox zәngindir vә gün әrzindә bir iki dilimi kifayәtdir.

3. Qaragilә - güclü olan antosian antioksidantı ilә zәngindir. Diqqәt dağınıqlığına qarşı çox faydalıdır. Çiyәlәk, böyürtkәn, moruq C vitamimi ilә zәngindir vә diqqәt problemi olanlar üçün çox faydalıdır.

4. Keşyu - protein vә yağ ilә çox zәngindir, ancaq istifadә etdikdә miqdarı mәhdud olmalıdır. Sink elementinin mәnbәyidir. Orqanizmdә sinkin sәviyyәsinin azalması depressiv hallara sәbәb olur. Orqanizmin sink ehtiyatları olmadığı üçün gün әrzindә müәyyәn miqdarda keşyu yemәk çox faydalıdır.

5. Çobanyastığı çayı - yatmazdan əvvəl sakitləşdirici bir vasitədir. 10 dəqiqə qaynar suda dəmləndikdən sonra TV, telefon və s. cihazları söndürüb içmək rahatlamağınıza səbəb olar.

6. Qara şokolad qan təzyiqini salır və rahatladıcı bir təsirə malikdir. Bunun səbəbi şokoladda 2 vacib antioksidantın mövcud olmasıdır. Həftədə bir dəfə rahatlıqla qara şokolad yeməklə çəkinizə zərər verməzsiniz.

7. Sarımsaq - güclü antioksidant mənbəyidir və təbii antibiotik hesab olunur. İmmun sistemini gücləndirir. Tərkibindəki alisinə görə soyuqlamadan başlayaraq ürək xəstəlikləri və xərçəngə qarşı təsirli bir məhsuldur. Stressin əsas fəsadı immun sisteminin zəiflətməsidir və sarımsaq immuniteti yenidən gücləndirə bilən məhsuldur.