53 yaşlı kişi ağacdan yıxılıb, vəziyyəti ağırdır


Digərləri 25 May 2019 23:38:00 318 0

53 yaşlı kişi ağacdan yıxılıb, vəziyyəti ağırdır

Şəmkir sakini ağacdan yıxılaraq ağır xəsarət alıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Şəmkir rayon Seyfəli kənd sakini, 1966-cı il təvəllüdlü Dilqən Məmmədov bağında gilas yığan zaman ağacdan yıxılıb.

Ağır bədən xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilib. D. Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.