Hamiləlikdə kosmetika seçərkən bunlara


Digərləri 25 May 2019 23:15:00 229 0

Hamiləlikdə kosmetika seçərkən bunlara

Hamiləlik dövründə makiyajın, kosmetik vasitələrin ziyanlı olub-olmaması barədə çoxsaylı suallar eşidilir. Bir çox hallarda qadınlar hər zaman olduğu kimi hamilə olduqları dövrdə də hər cür kosmetik vasitələrdən istifadə edir, makiyaj etməkdən çəkinmirlər.

Türkiyəli mütəxəssislər hesab edirlər ki, bəzi kosmetik vasitələrin tərkibində olan maddələr həm doğumdan əvvəl, həm də sonra ana və körpənin sağlamlığına mənfi təsir edir. Uşağın inkişafında ən önəmli dövr ilk üç ay olduğuna görə, bu müddətdə kənar təsirlər daha çox ziyan verir. Ona görə də ilk üç ayda daha diqqətli olmaq tövsiyə edilir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, mütəxəssislərə görə, hamilə qadınlar istifadə etdikləri kosmetikanın tərkibinə diqqətlə yanaşmalıdırlar. Xüsusilə gün ərzində bir neçə dəfə istifadə olunan dodaq boyaları seçərkən tərkibi mütləq nəzərə alınmalıdır.

Bəzi dodaq boyaları uzun zaman qaldığı halda orqanizmdə qurğuşun maddəsi yaranır. Ona görə də daha təbii maddələrdən hazırlanan dodaq boyaları istifadə olunsa, daha yaxşı olar.

Hesab olunur ki, tərkibində paraben, retinol, oksibenzon, formaldehit, ftalat olan kosmetiik vasitələr istifadə edilməməlidir. Nəmləndiricilər, makiyaj vasitələri, Günəşdən qoruyucu kremlər, qırış kremləri, saça qulluq vasitələrinin tərkibində parabendən geniş istifadə olunur. Həmin maddənin bir sıra xərçəng növlərinin yaranmasına təsiri var, eyni zamanda hormonal balansı poza bilir.

Ona görə də kosmetika alarkən onun haqqında oxumaq, tərkibində paraben olmadığına əmin olmaq lazımdır. Tərkibində retinol olan maddələrdən də uzaq olmaq məsləhət görülür. Retinola daha çox sızanaq müalicəsində istifadə olunan vasitələrin tərkibində geniş rast gəlinir. Həmin maddənin hamiləlikdə düşüklərin və anadangəlmə qüsurların yaranmasında rolunun olduğu bildirilir.

Günəş kremlərini seçəndə tərkibində oksibenzon olan vasitələrə qarşı daha diqqətli olmaq lazımdır. Onlardan çox istifadə eləmək hormonal pozuntulara səbəb olur.

Daha yaxşı olar tərkibində sink-oksid və ya titan-dioksid olan vasitələrdən istifadə olunsun.