Külək Qaxın kəndlərini işıqsız qoydu


Digərləri 25 May 2019 22:41:00 218 0

Külək Qaxın kəndlərini işıqsız qoydu

Qaxda güclü külək fəsadlar törədib.

Son.az oxu.az-a istinadən bildirir ki, təxminən 10 dəqiqə davam edən külək irigövdəli ağacları aşıraraq elektrik naqillərini qırıb. Nəticədə rayonun Turaclı, Tasmalı, Lələli, Zəyəm və Qorağan kəndləri işıqsız qalıb.

Hazırda həmin ərazilərdə Qax Elektrik Şəbəkənin əməkdaşları tərəfindən elektrik enerjisinin bərpası üçün işlər aparılır.