Xalq şairi Vaqif Səmədoğluya həsr edilən sərgi və konsert keçirilib (FOTO)


Digərləri 25 May 2019 22:45:00 223 0

Xalq şairi Vaqif Səmədoğluya həsr edilən sərgi və konsert keçirilib (FOTO)

Mayın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Bakı. Mayın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl sənət ocağının foyesində görkəmli şairin kitabları, haqqında dövrü mətbuatda yazılan məqalələrdən ibarət sərgiyə baxış olub. Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli şairin yaradıcılığı ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb. Qeyd edib ki, V. Səmədoğlu daima yaşayacaq və anılacaq ədiblərdəndir. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şairlərdən sayılan V.Səmədoğlunun şeirləri daima sevilib və seviləcək. “Vaqif Səmədoğlu qeyri-adi ədəbi baxışları ilə seçilən ziyalı idi. Çox şadam ki, belə bir insanla şəxsən tanış olmuşam”, - deyə nazir söyləyib.