Düz bağırsaq sallanmasının səbəbləri:


Digərləri 25 May 2019 22:25:00 270 0

Düz bağırsaq sallanmasının səbəbləri:

Düz bağırsaq sallanması hər yaşda rast gəlinən problemdir. Problemə daha çox qadınlarda təsadüf olunduğu bildirilir. Səbəb kimi isə çox zaman qəbizlik, doğuşlar, doğuşun travmalı olması göstərilir.

Son.az e-tibb.az-a istinadən düz bağırsaq sallanması- rektosel barədə ümumi cərrah, proktoloq Ellada Manafovanın fikirlərini təqdim edir:  

Rektosel yoğun bağırsağın son hissəsinin uşaqlıq yoluna doğru şişməsidir. Bu zaman rektumun divarı şişkinləşib uşaqlıq yoluna doğru şişərək böyüyür, bağırsağın divarı nazikləşir, şişkinlik səbəbli divertikula yarana bilir. Divertikula bağırsağın hərəkəti zamanı aşağı doğru sallana bilir.

Rektoselin əmələ gəlməsinə aşağıdakılar səbəb ola bilir:

* rektal nahiyənin patoloji dəyişiklikləri

* rektal hissənin qabaq əzələlərinin arxa tərəf əzələlərinin üstünə çıxması

* kiçik çanaq orqanlarının əzələsinin anadangəlmə zəif inkişafı

* xroniki qəbizlik və düz bağırsağın disfunksiyası

* anal dəliyin funksiyasının pozulması

* yaşla əlaqədar disfunksiya və kiçik çanaq əzələlərinin rektal bölgəsinin atrofiyası

* qadın cinsi orqanlarının xəstəlikləri