Türkiyə HHQ İraqın şimalında PKKnın mövqelərinə zərbələr endirib


Dünya 25 May 2019 22:26:00 218 0

Türkiyə HHQ İraqın şimalında PKKnın mövqelərinə zərbələr endirib

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumata əsasən, zərbələr İraqın şimalında yerləşən Kərkük rayonuna endirilib.

Zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.