Belarus gimnastı: Bakıda Aerobika gimnastikası üzrə Avropa Çempionatı möhtəşəm keçir


Digərləri 25 May 2019 22:22:36 207 0

Belarus gimnastı: Bakıda Aerobika gimnastikası üzrə Avropa Çempionatı möhtəşəm keçir

Bakıda Milli Gimnastika Arenasında çıxış etməkdən zövq alıram

Bakı. Bakıda Milli Gimnastika Arenasında çıxış etməkdən zövq alıram. Bunu Trend-ə Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında iştirak edən belaruslu gimnast Darya Xoronenko deyib. Gimnast bildirib: "Avropa Çempionatı möhtəşəm keçir. Zal çox gözəldir, təşkilatçılıq yüksək səviyyədədir. Azərbaycanlı azarkeşlərin bizi dəstəkləməsindən məmnunluq duyuram". İdmançı Bakıya səfəri zamanı bir sıra maraqlı tarixi yerləri gəzdiyini də deyib: "İçəri Şəhərdə oldum, ora çox gözəldir. Burada qədim və müasir memarlığın vəhdətini görmək olur. Bakı gözəl şəhərdir, burada dəniz var". D.Xoronenko bu gün qrup hərəkətləri üzrə yarışlara qatılacaq. Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.