Hipertoniya ilə mübarizə: 3 yaşdan sonra uşaqların da təzyiqini ölçün


Digərləri 25 May 2019 22:20:00 247 0

Hipertoniya ilə mübarizə: 3 yaşdan sonra uşaqların da təzyiqini ölçün

17 may-Dünya Arterial Hipertoniya ilə Mübarizə Günü kimi qeyd olunur.

Hipertoniya ürək-qan damar sistemi xəstəlikləri arasında çox geniş yayılan bir problemdir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, yüksək təzyiq sistolik arterial təzyiqin 140-dan, diastolik arterial təzyiqin isə 90 millimetr civə sütunundan yuxarı qalxması kimi qəbul olunur. Vaxtilə yüksək təzyiq probleminə yaşlı insanlarda rast gəlinisə də, bu gün yaşı 30-dan çox olan şəxslərdə 30-35 faiz hallarda yüksək təzyiqə təsadüf olunur. Məlumatlara görə, dünyada 20 yaşından yuxarı olan əhalinin 26 faizində təzyiq xəstəliyi mövcuddur.

Yaşlı insan qrupunda hər 100 insandan 60-70-də təzyiqin yüksək olduğu bildirilir.

Dünyada təxminən 1,5 milyard insanın yüksək təzyiqdən əziyyət çəkir, hər il 9,4 milyon insanın bu səbəbdən vəfat edir.

Yüksək təzyiq, onun risklərindən uzaq olmaq üçün ilk növbədə duzdan çox istifadə etməmək tövsiyə olunur. Çox duz qəbulu hipertoniyaya zəmin yaradır. Təzyiq xəstələrinin müalicəsində isə əsas şərt çox duz qəbul etməyi aradan qaldırmaq sayılır.

Gündəlik duz istifadəsi 6 qram - 1 çay qaşığı qədər olmalıdır.

Əsas tövsiyələrdən biri də qızartma, çox yağlı yeməklərdən imtina etməklə bağlıdır.