Qadınları narahat edən problem: Sidik saxlaya bilməmək nədən yaranır?


Digərləri 25 May 2019 21:20:00 338 0

Qadınları narahat edən problem: Sidik saxlaya bilməmək nədən yaranır?

Qadınları ən çox narahat edən problemlərdən biri də sidiyi saxlaya bilməmək sayılır.  Gündüz saatlarında, oyaq olan dövrdə istək xaricində sidik ifrazı baş verirsə, bu, sidiyi  saxlaya bilməmək adlandırılır.

Bu problem necə yaranır? Belə problemlə üzləşəndə nə etmək lazımdır?

Son.az e-tibb.az-a istinadən cərrah-ginekoloq, uzman həkim Turab Canbaxışovun bununla bağlı fikirlərini  təqdim edir:

Diaqnozunda sidik saxlaya bilməməyin miqdarı yoxdur: çünki gündəlik bez istifadə etmək məcburiyyətində olmasına baxmayaraq, şikayət etməyən qadınlarla bərabər, damcı şəklində və ya seyrək sidik saxlaya bilməməyi böyük problem olaraq görən qadınlar da var. Sidik saxlaya bilməmək probleminin böyüklüyü qadının sosial statusu ilə çox sıx əlaqədardır. Kənd şəraitində yaşayan qadınlar bu problem yaşla bağlı təbii proses kimi dəyərləndirib həkimə müraciət etmirlər. Şəhərlərdə yaşayan, xüsusən işləyən qadınlarda sidik saxlamazlıq dərin depressiya, təklik duyğusu və sosial münasibətlərdə daralmaya (sidik qoxusu, islanma hissi) yol açmaqla daha erkən vaxtlarda həkimə müraciətə səbəb olmaqdadır.

Qadınların 25 faizində həyatlarının hər hansı bir dövründə sidik saxlamazlığı olur. Sidik saxlamazlıq adətən qadınlar tərəfindən gizlədilən və utanılacaq bir əlamət kimi qarşımıza çıxır. Bir araşdırmada sidik saxlamazlığı olan qadınların 70 %-i həkimə başqa səbəblə müraciət etdiyi halda müayinə və anamnez toplanması zamanı sidik saxlamazlığın təyin edildiyi göstərilir. Qadın ömrünün uzanması ilə problem daha da böyüyür.

Sidik saxlamazlıq 3 əsas qrupa ayrılır:

Həqiqi stress sidik saxlamazlıq (əzələ və sinir gücsüzlüyü ilə əlaqədar)

Detrusor əzələnin qeyri-stabilliyi (sidik kisəsinin kontrol edilə bilinməyən yığılması)

Qarışıq (hər iki halın birlikdə olması)

Həqiqi stress sidik saxlamazlığa daha çox doğmuş qadınlar arasında rast gəlinir. Qasığın əzələ və sinirlərinin doğuş sırasında zədələnməsi öskürmə, asqırma, gülmə, pilləkən çıxma, yük daşıma, cinsi əlaqə zamanı qarın daxili təzyiqin artması nəticəsində xəstədə sidik ifrazının baş verməsinə səbəb olur. Müalicəsi adətən cərrahidir. Fiziki müalicə (qasıq əzələlərinin möhkəmləndirilməsi), elektriklə qıcıqlandırma ( stimulasiya ), menopauzadakı qadınlarda isə hormonal müalicə də bəzən aparıla bilər.