“Sarı jiletlilər” yenidən ayağa qalxdı


Dünya 25 May 2019 20:43:00 260 0

“Sarı jiletlilər” yenidən ayağa qalxdı

Fransada "sarı jiletlilər"in növbəti, sayca 28-ci ümummilli etirazları başlayıb.

Son.az modern.az-a istinadən bildirir ki, Parisdə yüzlərlə nümayişçi Per Laşez milli qəbiristanlığının yaxınlığında toplaşıb və Bastilya meydanından keçməklə Monmartredəki Sakre-Kyor bazilikasına doğru hərəkət edib.

Fransa Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşları 5 mindən çox yoxlama həyata keçirib və 64 nəfəri saxlayıblar. Bu ana qədər polislə qarşıdurmalar barədə məlumat daxil olmayıb.

Etirazlar həmçinin Fransa prezidenti Emmanuel Makronun anadan olduğu Amyen şəhərində də başlayıb. Yerli KİV-in məlumatına görə, orada, təxminən, 300 "sarı jiletli" küçəyə çıxıb.