Uşaqlarda yastıpəncəlik varsa...


Digərləri 25 May 2019 20:25:00 571 0

Uşaqlarda yastıpəncəlik varsa...

Yastıpəncəlik uşaqlarda dayaq-hərəkət aparatı xəstəlikləri arasında ən geniş yayılan patologiyadır. Ortoped-travmatoloq Sənan Aşirov bildirib ki, yastıpəncəlik zamanı pəncə deformasiya olunur və ayaqaltı hissə bütün səthi boyu yerə dəyir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, onun sözlərinə görə, uşaqlarda yastıpəncəliyin əmələ gəlməsinə bir sıra faktorlar, o cümlədən irsi amil təsir edir: "Ailə üzvlərindən (yaxın qohumlardan) kimdəsə yastıpəncəlik varsa və ya olubsa, çox diqqətli olmaq, uşağı tez-tez ortopedə göstərmək lazımdır".

S. Aşirov bildirib ki, uşağa "düzgün" olmayan ayaqqabı geyindirilməsi (altı düz və ya çox geniş), ayaqlara həddən artıq yük düşməsi (məsələn, uşağın çəkisi çox olduqda), raxit, pəncə travmaları da yastıpəncəliyə səbəb olur:  

"Yastıpəncəlik zamanı onurğa sütunu daha çox təzyiqlərə məruz qalır ki, bu da gələcəkdə müxtəlif əyriliklərə, hətta skolioza da səbəb ola bilər. Bütün bunları nəzərə alaraq, xəstəliyin profilaktikasını aparmaq, xəstəlik artıq mövcud olduqda isə onu müalicə etmək çox vacibdir.

Yastıpəncəliyin müalicəsi erkən yaşlarda başlasa, pəncə qövslərini böyütmək mümkün olur. Təəssüf ki, bir qədər böyük yaş dövrlərində bu xəstəlik müalicəyə tabe olmur.