Ukraynalı gimnast: Bakıya yarışlara hər il gəlməyə hazlıram


Digərləri 25 May 2019 20:00:00 179 0

Ukraynalı gimnast: Bakıya yarışlara hər il gəlməyə hazlıram

Bakıda keçirilən yarışlara hər il gəlməyə hazıram

Bakı. Bakıda keçirilən yarışlara hər il gəlməyə hazıram. Bunu Trend-ə Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının iştirakçısı ukraynalı gimnast Anastasiya İsayenko bildirib. A.İsayenkonun sözlərinə görə, o, yarışların ikinci günü çərçivəsində öz çıxışından razı qalıb: "Mən Bakıya üçüncü dəfədir gəlirəm, I Avropa Oyunlarında çıxış etmişəm. Bundan əlavə,ötən il məşqçi qismində öz tələbələrimi Açıq Azərbaycan Çempionatına və Bakı Birinciliyinə gətirmişəm. Bakıda yarışların təşkilatından xoşum gəlir, buraya hər il gəlməyə hazıram. Bakıdakı kimi şərait və təşkilat heç bir yerdə yoxdur". Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.