Ayaq burxulanda nə etmək lazımdır?


Digərləri 25 May 2019 19:20:00 2185 0

Ayaq burxulanda nə etmək lazımdır?

Oynaqlarda burxulmaya, əsasən də ayaq oynaqlarında baş verən burxulmalara tez-tez rast gəlinir. Yıxılanda, ehtiyatsız hərəkət edəndə baş verən bu hal daha çox ağrı, şişkinlik kimi əlamətlərlə özünü göstərir. Bizim burxulma dediyimiz bu hal əslində nədir? Bu kimi hallarda nə etmək lazımdır?

Son.az e-tibb.az-a istinadən bununla bağlıortoped-travmatoloq Sənan Aşirovun fikirlərini təqdim edir:

Aşıq-daban oynağı bağlarının gərilməsinə el arasında "ayağın burxulması" deyirlər. Oynaq bağları və vətərlərinə çox güclü (dartılma tipli) qüvvə təsir etdikdə onlar gərilir. Belə bir halda daha ağır zədələnmə, yəni vətərlər, oynaq bağları cırılması da baş verə bilər.

Aşıq-daban oynağı bağlarının gərilməsinə, partlamasına adətən ayağın bayır tərəfində tez-tez rast gəlinir. Oynaq bağları bir sümüyü digəri ilə birləşdirməklə oynağın möhkəm, elastik və stabil olmasını saxlayır.

Aşıq-daban oynağı bağlarının zədələnməsi insan yıxıldıqda, birbaşa zərbə dəydikdə, idman yarışlarında, rahatsız ayaqqabılarla qaçdıqda və hamar olmayan yerdə yeridikdə baş verə bilər.

Ayaq burxulmasının əlamətləri bunlardır:

- ağrı

- şişkinlik

- qansızma

- çətinliklə yerimək

- oynağın hərəkətliliyinin azalması

Ayaq burxulması zamanı ilkin yadım belə olmalıdır: