Gündə nə qədər su içmək lazımdır?


Digərləri 25 May 2019 19:25:00 220 0

Gündə nə qədər su içmək lazımdır?

Gün ərzində az maye qəbulu özümüz də hiss etmədən bir çox problemlərə yol açır.

Hətta ən azacıq susuzluq zamanı halsızlıq, yorğunluq kimi şikayətlər ortaya çıxır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, susuzluq dərəcəsi artdıqca orqanizmin bir sıra funksiyalarında pozulma yaranır.

Gündə nə qədər su içmək lazımdır? Mütəxəssislərə görə, yetkin insanların su ehtiyacı normal halda ən azı 1600 ml olmalıdır.

Sağlam insanın gündəlik su ehtiyacı onun gün ərzindəki aktivliyi, çəkisi, yaşadığı iqlimin xüsusiyyətləri, iş rejimi ilə bağlı olaraq dəyişir.

Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə, sağlam insan təxminən 2,7-3,7 litr su qəbul edə bilər. Çox isti bölgələrdə bu norma 5 litrə qədər dəyişir.

Hesab olunur ki, çox isti havalarda, yayda su qəbuluna daha diqqətlə yanaşmaq lazımdır. Su əvəzinə qəbul edilən mayelər isə necə gəldi içilməməlidir, burada ölçünü itirmək olmaz.

Suya alternativ olaraq tərkibi su ilə daha zəngin olan meyvə-tərəvəzlər, göyərtilər, məsələn, qarpız, yemiş, ispanaq tövsiyə olunur.

Onlardan başqa, süd, meyvə suyu, mineral su da istifadə oluna bilər.