DTX Milli.Azın əməkdaşını mükafatlandırdı


Digərləri 25 May 2019 19:17:00 240 0

DTX Milli.Azın əməkdaşını mükafatlandırdı

Bu gün bir qrup jurnalist "Dövlət Təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-1921)" yubiley medalı ilə təltif olunub.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində keçirilmiş mərasimdə medalları Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov təqdim ediblər.

Təltif olunmuş media mənsubları arasında Son.az-ın baş redaktor müavini, siyasi şərhçi Elçin Alıoğlu da vardı.