Dişləri qorumaq üçün bu


Digərləri 25 May 2019 19:05:00 231 0

Dişləri qorumaq üçün bu

Dişlərin sağlamlığını qorumaq üçün əsas şərt gigiyena qaydalarına əməl etməkdir. Gigiyena qaydaları deyəndə isə ilk növbədə yadımıza dişləri vaxtında və düzgün fırçalamaq düşür. Amma dişlərə düzgün qulluq qaydalarını çoxlarımız bilmirik. Hər gün doğru bilərək etdiyimiz yanlışlar dişlərin vaxtından tez sıradan çıxmasına, onların itirilməsinə səbəb olur. Mütəxəssislər də gündəlik yol verilən bir çox yanlışların dişlərdə, diş ətində problemlərə yol açdığını düşünürlər.

Həmin xətalar hansılardır?

Diş fırçalarını uzun zaman istifadə etmək

Son.az e-tibb.az-a istinadən bildirir ki, bir diş fırçasının təxmini ömrü üç aydır. Təxminən 200 dəfə istifadə edəndən sonra onu dəyişməlisiniz. Uzun zaman işlənən fırça dişləri düzgün təmizləyə bilməməklə yanaşı, həm də bakteriya mənbəyi sayılır.

Dişləri lazım olduğu qədər fırçalamamaq - Fırçalamaya təxminən 1 dəqiqəyə yaxın zaman ayırmaq lazımdır. Fırçanı düzgün hərəkət etdirmək lazımdır.

Diş fırçası həm dişlər, həm də diş əti ilə təmasda olmalıdır. Ön, üst və alt dişlərin arxasını belə, fırçalamaq lazımdır. Fırçanı hər zaman 45 dərəcəlik bucaq altında tutmaq, qısa dairəvi hərəkətlər etdirmək lazımdır. Dişləri hər gün fərqli tərəfdən başlayıb fırçalamaq lazımdır. Bir dəfə sonda təmizlənən bölgəni növbəti dəfə birinci fırçalamaqla daha yaxşı təmizliyə nail olmaq olar.

Dişləri fırçalayandan sonra ağızı çox su ilə yaxalamaq - Fırçalayandan sonra ağızı bol su ilə yaxalamaq olmaz. Çünki belə edəndə diş məcununun tərkibində olan flor mənimsənilmir.

Diş fırçasını hamamda saxlamaq - Diş fırçasını hamam saxlamaq düzgün deyil. Fırça hamamdan kənarda, qapalı yerdə saxlanmalıdır. Böyüklərlə uşaqların diş fırçaları bir yerə qoyulmamalıdır.