Ağ tutun inanılmaz 10 faydası


Digərləri 25 May 2019 19:07:00 253 0

Ağ tutun inanılmaz 10 faydası

Hazırda tut növlərindən ən zərifi, ən dadlısının mövsümüdür. Şirəli ağ tut uşaqdan yaşlıya insan orqanizmi üçün saysız-hesabsız faydalara malikdir. Başqa meyvələri alıb masaya düzüb yeməyə öyrəşdiyimizdən, ağacdan ayrılandan sonra ömrü az olan bu meyvəni arada -bərədə 1 stəkan yeməklə kirfayətlənirik. Halbuki mövsümündə istər ağ, istər qara tut gün ərzində azı 100 qr yeyilməlidir.

Son.az medicina.az-a istinadən ağ tutun 10 maraqlı faydasını təqdim edir.

1.Qan əmələ gətirir, qanazlığında yeyin

Ağ tutda dəmirin miqdarı çox olduğundan yaxşı qan yaradıcı xassəyə malikdir, qanın keyfiyyətini artırır. Ona görə anemiya, qan azlığı olanlar bu meyvədən ilboyu təzəsini və qurusunu yesin

2.Tərlədici, bəlğəmgətiricidir

Orqanizmdə yığılıb qalmış seliyi, bronxlardan bəlğəmi çıxarır, şirəsi öskürəyi kəsir, tərlədicidir. Bu məqsədlə tutun şirəsini için. Yarpaqları da, qabıqları da eyni təsir edir.

3.İmminiteti möhkəmlədir

Tez-tez xəstələnən, zəif insanlar yay-qış yesin. İmmuniteti qaldırır, orqanizmi səfərbər edir, maddələr mübadiləsini yaxşılaşdırır, insanı qüvvətləndirir

4. Qaraciyəri təmizləyir

Ağ tut qaraciyəri toksinlərdən təmizləyir, işini yaxşılaşdırır, qaraciyər hüceyrələrini yeniləyir

5.Ürək, qan-damar sağlığını qoruyur

Qanı təmizlədiyindən, damarlardan pis xolesterini yuyur, ürəyə qanın normal işləməsini təmin edir, nəticədə ürək yorulmur. Tut ürək infarktı riskini azaldır, iflici önləyir

6.Görməni yaxşılaşdırır