Məşhur prodüser təcavüzə görə 44 milyon ödəyəcək


Digərləri 25 May 2019 17:50:00 268 0

Məşhur prodüser təcavüzə görə 44 milyon ödəyəcək

Hollivudun məşhur prodüseri Harvi Vaynşteyn uzun müddətdir ki, bir çox qadın tərəfindən təcavüzdə günahlandırılır.

Son.az axşam.az-a istinadən bildirir ki, prodüseri məhkəməyə verənlər qalib gəliblər. "The New York Times" məlumat verir ki, şikayətçilərin istəyi Harvinin 44 milyon dollar təzminat ödəməsidir.

Qeyd edək ki, 2017-ci ildə içərisində məşhur simaların da yer aldığı 80 qadın Vaynşteynin onlara təcavüz etdiyini deyərək, məhkəməyə şikayət edib. Məsələ ilə bağlı yekun məhkəmə sentyabrda baş tutacaq.