Azərbaycan gimnastı: Çıxış zamanı çox həyəcanlandım, bu da nəticədə özünü göstərdi


Digərləri 25 May 2019 17:16:17 205 0

Azərbaycan gimnastı: Çıxış zamanı çox həyəcanlandım, bu da nəticədə özünü göstərdi

Mən məşqlərdə hərəkətləri daha yaxşı yerinə yetirirdim, nəinki Avropa çempionatının təsnifat mərhələsində

Bakı. Cani Babayeva - Mən məşqlərdə hərəkətləri daha yaxşı yerinə yetirirdim, nəinki Avropa çempionatının təsnifat mərhələsində. Bunu Trend-ə Azərbaycan gimnastı Xoşqədəm Quliyeva deyib. O bildirib ki, çıxışı zamanı həddən çox həyəcanlanıb: “Bu da nəticədə özünü göstərdi. Ona görə də, istədiyimi kimi çıxış edə bilmədim. Əlbəttə ki, azarkeşlərin dəstəyi mənə diqqətimi toplamağa kömək etdi”. X.Quliyeva bildirib ki, aerobika gimnastikası ilə bir il əvvəl məşğul olmağa başlayıb: “Əvvəllər akrobatika ilə, sonra iki il bədii gimnastika ilə məşğul olmuşam. Aerobika gimnastikası ilə məşğul olmaq üçün müəyyən hazırlıq olmalıdır. Amma bu növü mən çox bəyənirəm”. Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.