Boksçumuz Çexiyada Qran Pridə finala yüksəlib


Digərləri 25 May 2019 16:39:03 216 0

Boksçumuz Çexiyada Qran Pridə finala yüksəlib

Çexiyada boks üzrə Usti-nad-Labem Qran Prisində yarımfinal mərhələsinin görüşləri başa çatıb.

Bakı. Çexiyada boks üzrə Usti-nad-Labem Qran Prisində yarımfinal mərhələsinin görüşləri başa çatıb. Azərbaycan millisinin 1 üzvü finalda iştirak hüququ qazanıb. Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) 1/2 finalda tailandlı Nasuk Vuttiçayla üz-üzə gəlib. Görüş Olimpiya mükafatçımızın qələbəsi ilə yekunlaşıb – 4:1 (28:29, 29:28, 30:27, 30:27, 30:27). O, həlledici görüşdə norveçli Hadi Srourla döyüşəcək. L.Sotomayordan fərqli, Alfonso Dominqes (81 kq) finala yüksələ bilməyib. 1/2 finalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusla qarşılaşan boksçumuz 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olaraq, bürünc medalla kifayətlənib.