Mayın 2530da bu şəxslər ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcək


Digərləri 25 May 2019 16:25:00 254 0

Mayın 2530da bu şəxslər ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcək

UEFA Avropa Liqasının final oyunu ərəfəsində akkreditasiya olunmuş şəxslərin mayın 25-30-da ictimai nəqliyyatdan və biletli azarkeşlərin isə mayın 28, 29 və 30-da kart sistemi ilə işləyən marşrutlardan ödənişsiz şəkildə istifadəsi üçün işlər görülüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, eyni zamanda, oyun günü ictimai nəqliyyat gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcək: "Çarter reysi ilə gələn "Arsenal" və "Çelsi" azerkeşlərinin "Terminal-1" və "Terminal-2" ərazisindən müvafiq olaraq Bakı Olimpiya Stadionuna və Bakı Nəqliyyat Agentliyinin Depo-2 ərazisinə təqdim edilən siyahıya uyğun olaraq daşınması AFN transport şirkəti tərəfindən həyata keçiriləcək və koordinasiya olunacaq.

Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda "Çelsi" və "Arsenal" komandaları üz-üzə gələcək.