İranda zəlzələ oldu


Digərləri 25 May 2019 16:26:48 202 0

İranda zəlzələ oldu

Yeraltı təkanlar bu gün yerli vaxtla saat 14:50-də Cavanrud rayonunun 19 kilometrliyində qeydə alınıb.

Bakı. Elnur Bağışov - İranın qərbində yerləşən Kirmanşah vilayətində 4,2 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi xəbər verib. Xəbərə görə, yeraltı təkanlar bu gün yerli vaxtla saat 14:50-də Cavanrud rayonunun 19 kilometrliyində qeydə alınıb. Təlafat barədə məlumat verilmir.